Sizin reklam burada
Sizin reklam burada

"Sövdələşmə ABŞ qanunlarını pozmur"

"Sövdələşmə ABŞ qanunlarını pozmur"
ABŞ Dövlət Departamenti Tayvana 300 milyon dollar dəyərində “F-16” döyüş təyyarələri üçün ehtiyat hissələrinin mümkün satışını təsdiqləyib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.
Sənəddə dəqiqləşdirilib ki, Taypeyin İqtisadi və Mədəniyyət Nümayəndəliyi (adanın faktiki səfirliyi - Qeyd) “F-16” üçün ehtiyat hissələri, komponentlər, istehlak materialları, eləcə də təyyarələrə texniki xidmət tələb edib. Standart ehtiyat hissələrinin Tayvana 220 milyon dollara, qeyri-standart hissələrin isə 80 milyon dollara satışına icazə verilir.
Bəyanatda qeyd olunub ki, mümkün sövdələşmə ABŞ qanunlarını pozmur və ölkənin döyüş hazırlığına xələl gətirməyəcək. Amerika administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib.
İndi Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu mümkün bloklamaq üçün 30 günü var. Qeyd edək ki, Tayvan Hərbi Hava Qüvvələri təxminən 140 ədəd “F-162 qırıcısı var.

Conflict.az

  • Sosial şəbəkədə paylaş