Sizin reklam burada
Sizin reklam burada

"Avropa çətiri”ndən danışıram”

"Avropa çətiri”ndən danışıram”
Yunanıstanın Baş naziri Kiriakos Miçotakis vahid regional hava hücumundan müdafiə sisteminin - Avropa Dəmir Qübbəsinin yaradılması təklifi ilə çıxış edib.
Bu barədə Miçotakis "Skay" telekanalına müsahibəsində danışıb.

“Mən Avropanın hava hücumundan müdafiə sistemindən, Avropanı istənilən təhlükədən qoruyacaq "Avropa çətiri”ndən danışıram”, - o bildirib.

Onun sözlərinə görə, təklif üzərində artıq məsləhətləşmələr gedir:

“Bu təşəbbüs Yunanıstana öz hava məkanını qorumaq üçün Avropa ölkələrinin müdafiə potensialından istifadə etmək imkanı verəcək, həmçinin bu məsələdə milli büdcədən asılılığını azaldacaq”.

Qeyd edək ki, Dəmir Qübbə sistemin tərtibatçıları “Israel Aerospace Industries” və “Rafael Advanced Defence Systems” şirkətləridir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ