Sizin reklam burada
Sizin reklam burada

"Paşinyanın vəzifədən uzaqlaşdırılması mümkün deyil”

"Paşinyanın vəzifədən uzaqlaşdırılması mümkün deyil”
“Hazırda baş nazir Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması mümkün deyil”.
Bunu erməni politoloq Davit Karapetyan deyib.

Politoloq bildirib ki, hazırda Paşinyanın vəzifədə qalmasını bir-birindən fərqli bütün dairələr istəyir:

“Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması indiki vəziyyətdə Rusiyanın maraqlarına uyğun deyil. Həmçinin onun vəzifədə qalması üçün digər geosiyasi dairələrdən də dəstəyi var, qoruyurlar. Hazırda ən yaxşı variant onun baş nazir postundan müvəqqəti olaraq uzaqlaşdırılmasıdır. Lakin bu da mümkün deyil. O, qətiyyətlidir, heç bir halda istefa verməyəcək. Sadəcə xalq genişmiqyası aksiyalar keçirər, qəti şəkildə hökümətin istefasını tələb edərsə, geosiyasi dairələr o zaman Paşinyan hökumətini vəzifədən uzaqlaşdırmağa məcbur olacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş