Sizin reklam burada
Sizin reklam burada

"Özümüzü tapmağımız faciədir"

"Özümüzü tapmağımız faciədir"
İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdən getdikdən sonra böyük bir təhlükəsizlik uğursuzluğunu və Vaşinqtonla strateji münasibətlərin pozulmasını miras qoya bilər.
Bu fikri ABŞ-ın demokrat senatoru Kris Kunts ABC telekanalının efirində bildirib.

"Bu vəziyyətdə özümüzü tapmağımız faciədir. Ümid edirəm ki, Baş nazir Netanyahu geridə hansı miras qoyacağı barədə düşünür. Hazırda onun mirası 7 oktyabrda baş vermiş böyük bir strateji və müdafiə uğursuzluğudur. Onun mirası ABŞ və İsrail arasında uzun, güclü, strateji münasibətlərdə də qırılma ola bilər”, - deyə o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş