Sizin reklam burada
Sizin reklam burada

"Miqrasiya qanunvericiliyinə əməl olunmasına nəzarət gücləndirilir"

"Miqrasiya qanunvericiliyinə əməl olunmasına nəzarət gücləndirilir"
22 martda “Krokus Siti Holl”da baş verən terror hadisəsi Rusiyada miqrantlara nəzarət tədbirlərinin gücləndirilməsi işini sürətləndirib.
Bu barədə RİA Rusiya XİN-dəki mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, miqrasiya qanunvericiliyinə əməl olunmasına ümumi nəzarətin gücləndirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, martın 22-də “Krokus Siti Holl”da baş vermiş terror aktını törədən 4 nəfər Tacikistan vətəndaşıdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş