Sizin reklam burada
Sizin reklam burada

"Təzyiq altında qərar verməyəcəm"

"Təzyiq altında qərar verməyəcəm"
Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, ona Avropa Parlamentindən təzyiqlər edilir, sabiq prezident Mixail Saakaşvilinin əfv olunmasını istəyirlər.
Bu barədə Zurabişvili gürcü və xarici KİV nümayəndələrinə müsahibəsində danışıb.

“Avropa Parlamentindən və müxtəlif yerlərdən təkliflər və təzyiqlər var. Onlara dedim ki, heç bir təzyiq altında qərar verməyəcəm. Mən həm daxildən, həm də kənardan təzyiqləri nəzərdə tuturam”, - o vurğulayıb.

Qeyd edək ki, Avropa Parlamenti dəfələrlə Zurabişvilini Saakaşvilini əfv etməyə çağıran qətnamələr qəbul edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş