Sizin reklam burada
Sizin reklam burada

"Rusiya bölgəyə üz tutsa sərt olacaq"

"Rusiya bölgəyə üz tutsa sərt olacaq"
Ruslar bizə açıq mətnlə bildirirlər ki, mövqe tutun. Bu müraciət təkcə hakimiyyətə yox, həm də sadə insanlara ünvanlanıb.
Bunu erməni politoloq Arqişti Kiviryan Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana xəbərdarlığını şərh edərkən deyib.

“Rusiya vaxtilə Ukrayna ilə bağlı belə bir vəziyyətlə üzləşmişdi, bunun necə bitdiyini hamımız görürük. Yəni xalq öz hakimiyyətinin apardığı siyasətə şərikdirsə, deməli, belə adamlara yazıqları gəlməyəcək. Rusiya bu sualları təsadüfən vermir, ritorika getdikcə sərtləşir. Rusiya Ukrayna məsələsini həll etdikdən sonra bu bölgəyə üz tutsa, daha sərt olacaq. Putin son bir çıxış edəcək, bu, ictimai çıxış olacaq. Bu dövrdə ruslar xəbərdarlıq edir, deyirlər ki, açıq istiqamət tutun, necə cavab verəcəyimizi bilək”, - ekspert vurğulayıb.

Kiviryan Rusiyanın Ermənistanda heç kimə yazığı gəlmədən cəzalandıracağını söyləyib:

“Rusiya ilə gərginliyin finalı bütün təhlükəsizlik yastıqlarını çıxarmaq olacaq. Ermənistan bunun nəyə gətirib çıxaracağını anlamır. 2020-ci ildə Azərbaycan ordusu Ermənistan sərhədinə yaxınlaşanda ruslardan xahiş etdilər ki, gedib sərhəddə dayansınlar. Ruslar gedib orda dayandılar. Yəni bəlli deyildi ki, azərbaycanlılar dayanmasalar, nə qədər uzağa gedəcəklər.

Ermənistan hakimiyyəti başa düşmür ki, ruslar nəhayət təhlükəsizlik yastıqlarını çıxarsa, bu, necə bitəcək.

Ruslar bunu Ermənistan üçün etmir, ruslar buranı öz əraziləri hesab edirlər.

Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxması, o cümlədən İrəvanın Qərbin sanksiyalarına qoşulması Rusiya üçün “qırmızı xətlər”dir. Ermənistan həmin qırmızı xətləri keçməyincə, Putinin çıxışı eşidilməyəcək. Bu xətlər keçilsə, ya Putinin sözlərini eşidəcəyik, ya da hərəkətlərini görəcəyik”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş