Sizin reklam burada
Sizin reklam burada

"Dünyada, mühüm əhəmiyyətə malik proseslər baş verir"

"Dünyada, mühüm əhəmiyyətə malik proseslər baş verir"
Türkiyə Silahlı Qüvvələrinin son dövrdə həm ölkə daxilində, həm də xaricində həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində terror təşkilatlarına sarsıdıcı zərbə vurulub. Qadağan olunmuş təşkilatların yaraqlılarının fəaliyyəti faktiki olaraq sıfra endirilib.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər martın 4-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakın və Qoşun generallarının iştirakı ilə keçirilən müşavirədə bildirib.

“Regionda və bütövlükdə dünyada, mühüm əhəmiyyətə malik proseslər baş verir. Mövcud vəziyyətdə məqsədimiz Türkiyənin maraqlarını və təhlükəsizliyini mümkün qədər tam qorumaqdan ibarətdir”, - Gülər qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş