Sizin reklam burada
Sizin reklam burada

"Diplomatlar 14-cü paketi müzakirə etməyə başlayıblar"

"Diplomatlar 14-cü paketi müzakirə etməyə başlayıblar"
İsveçrə hakimiyyəti tərəfindən Rusiya və Belarusa qarşı tətbiq edilən sanksiyaların pozulmasına nəzarət edən xüsusi qrup yaradıb.
Bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin rəsmi nümayəndəsi Fabian Mayenfiş bildirib.

Onun sözlərinə görə, maliyyə sanksiyalarına əməl olunmasını gücləndirmək üçün katiblik ixtisaslaşmış istintaq və icra bölməsi yaratmaq qərarına gəlib.

“Qrup iqtisadi məhdudiyyətlərin tətbiqi və onların icrası ilə bağlı mürəkkəb inzibati cinayət işlərini öz üzərinə götürüb. Dövlət Katibliyinə artıq şübhəli hallarla bağlı 200-dən çox məlumat daxil olub”.

Qeyd edək ki, fevralın 21-də Avropa İttifaqı diplomatları Rusiya əleyhinə sanksiyaların 14-cü paketini müzakirə etməyə başlayıblar.

Avropanın siyasi dairələrindəki mənbə Rusiyanın yüksək rütbəli məmurlarının və Kremlə yaxın iş adamlarının qara siyahıya düşəcəyini istisna etməyib, onların konkret adları hələlik açıqlanmayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş