Sizin reklam burada
Sizin reklam burada

"Fransanın dəstəyini bir daha ifadə edirəm”

"Fransanın dəstəyini bir daha ifadə edirəm”
Fransa Prezidenti Emmanuel Makron öz Feysbuk səhifəsində erməni dilində mesaj yerləşdirib.
O, Fransanın Ermənistanı dəstəklədiyini ifadə edib.

“Fransa Misak və Meline Manuçyanı şərəfləndirdiyi, ermənilərin fransız millətinə, Müqavimət ruhuna, azadlıq mübarizəsinə verdiyi töhfəni tanıdığı bu gündə sizin varlığınız bizim üçün önəmlidir.

Mən sizə Fransanın dəstəyini bir daha ifadə edirəm”, - Makron yazıb.

Qeyd edək ki, Fransa Müqavimətinin erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimi keçirilib. Ermənistan Baş naziri Paşinyan da makronla bərabər bu mərasimdə iştirak edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş