Sizin reklam burada
Sizin reklam burada

"Putin nə qədər insanı ölümə göndərir"

"Putin nə qədər insanı ölümə göndərir"
CNN telekanalının hərbi müxbiri Frederik Pleytgen Ukraynada cəbhəyə son səfərindən danışıb.
Səfər zamanı müxbir Rusiyanın mövqelərini izləyən Ukraynanın PUA operatorları bölməsi ilə tanış olub.

“Hər şeyi görürlər, sözün əsl mənasında rusların üzünə baxırlar, onlar üçün hər şeyin tezliklə bitəcəyini bilirlər. Məni ən çox dəhşətə gətirən ətrafda nə qədər meyitin olması idi. Hər yer ölü ruslarla, bədən və maşın hissələri ilə doludur. Heç nə götürülmür”, - Pleytgen deyib.

Jurnalist Rusiya tərəfində cəbhədə həlak olanların sayının onu şoka saldığını vurğulayıb:

“Ukraynanın əziyyət çəkməsindən çox danışırıq, bu, doğrudur. Amma Putin nə qədər insanı ölümə göndərir - hər şeyin indiki kimi pis olacağını düşünmürdüm. Bu, ukraynalıların hələ də döyüş ruhunun olmasının səbəblərindən biridir”.

Pleytgen hesab edir ki, Ukrayna hətta ABŞ-nin köməyi olmadan da müharibədən salamat çıxa biləcək.

“Ukraynalılar yeni strategiyaya, bu kiçik dronlara arxalanacaqlar. Hazırda təchizat marşrutlarına hücum etmək üçün dronlardan ibarət uzaqmənzilli aviasiya yaradırlar”, - jurnalist əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş