Sizin reklam burada
Sizin reklam burada

"Moskva muzdlulara 2000-4000 dollar maaş vəd edir"

"Moskva muzdlulara 2000-4000 dollar maaş vəd edir"
Asiya və Afrika ölkələrinin on minlərlə vətəndaşı Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüşür.
Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.
Mərkəz iddia edir ki, Rusiya ərazisində Ukraynaya göndəriləcək əcnəbi muzdlulara təlim verilir. Qeyd olunur ki, Moskva bu şəxslərə 2000-4000 dollar maaş vəd edir.
“Rusiya xüsusi xidmət orqanları Suriya, Nepal, Əfqanıstan, Hindistan, Konqo, Misir və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarını fəal şəkildə işə götürür. Ruslar onlardan əsasən hücum xəttində istifadə edirlər”, - məlumatda deyilir.
Mərkəz müharibə başlayandan bəri Rusiya ordusunun 400 000 hərbçisini itirdiyini iddia edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş