Sizin reklam burada
Sizin reklam burada

"Rusiya aviasiyası çıxılmaz vəziyyətə düşəcək"

"Rusiya aviasiyası çıxılmaz vəziyyətə düşəcək"
F-16 qırıcılarının Ukraynada üstünlüyü Xerson vilayətinin sol sahilindən başlayacaq.
Bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, F-16-nın uzaq hədəfləri vurmaq üçün əsas vasitəsi AIM-120 AMRAAM raketidir.

“AIM-120C-5/C-6/C-7 modifikasiyalı, eləcə də 105, 120 və 180 km mənzilli AIM-120D raketləri cəlbedicidir. F-16-lar bu raketlərlə təkcə Xersonun sol sahilini yox, həm də Krım yarımadasının şimalını vura biləcək. Rusiya döyüş təyyarələri və ya raketlərini işə salmadan, yaxud bu vasitələr hədəflərə çatmadan onları məhv edəcək”.

Kovalenko əlavə edib ki, adıçəkilən raketlərin maksimum effektli olması üçün onların uzaqmənzilli radar aşkarlayan təyyarə - AEW&C tərəfindən dəstəyə ehtiyacı var:

"Bu təyyarələrin Rumıniyanın hava məkanında müntəzəm növbətçi olduğunu nəzərə alsaq, belə bir dəstəyin göstəriləcəyinə heç bir şübhəm yoxdur".

Ekspert F-16-ların Rusiyanın hava vasitələrinə göz açmağa imkan verməyəcəklərini iddia edir:

"Rusiya aviasiyası çıxılmaz vəziyyətə düşəcək, Ukraynaya qarşı hər hansı cəhd itki ilə nəticələnəcək".

Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Yuri İqnat bundan əvvəl Qərb ölkələrinin F-16-ları göndərməyə hazır olduqlarını açıqlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş