Sizin reklam burada
Sizin reklam burada

"Amerika gəmisi geri qayıtmağa məcbur oldu"

"Amerika gəmisi geri qayıtmağa məcbur oldu"
Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançıları Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat keçirdiklərini elan ediblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya öz "Telegram" kanalında bildirib.

"Əməliyyat Amerika hərbi gəmisinin birbaşa vurulması ilə nəticələndi, iki Amerika ticarət gəmisi geri çəkilərək geri qayıtmağa məcbur oldu", - deyə qeyd olunub.

Bildirilib ki, “iki saatdan çox davam edən toqquşmada” husilər “bir neçə ballistik raketdən” istifadə edib, bəziləri Amerika tərəfinin onları dəf etməyə cəhd etməsinə baxmayaraq “hədəflərinə çatıb”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş