Sizin reklam burada
Sizin reklam burada

"Məqsəd husiləri gəmiləri atəşə tutmaq imkanından məhrum etməkdir"

"Məqsəd husiləri gəmiləri atəşə tutmaq imkanından məhrum etməkdir"
ABŞ və Böyük Britaniya qiyamçı hərəkatı Ənsar Allah (Husi) nəzarətində olan Yəmən ərazisinə zərbələr endirir.

Xüsusilə, Damar, Saada, Taiz, Hodeyda və Əl-Bayda əyalətləri vurulub.
Bu, Yəmənə qarşı dördüncü silsilə hücumdur və onların məqsədi husilərin Qırmızı dənizdə ticarət gəmilərini atəşə tutmaq imkanından məhrum etməkdir.

Bu dəfə zərbələr Husilərin raket buraxılış sistemlərini hədəf alıb.

Lakin ilk üç zərbə seriyası hədəfə çatmadı. Yanvarın 17-də Amerikanın “Genco Picardy” ticarət gəmisi Yəməndən pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Gəmi zədələnib, hücumun xarakteri dəqiqləşdirilməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş