Sizin reklam burada
Sizin reklam burada

"Avropa həmişəkindən daha çox tək qalacaq"

"Avropa həmişəkindən daha çox tək qalacaq"
Donald Tramp yenidən ABŞ prezidenti seçilsə, Avropa həmişəkindən daha çox tək qalacaq.
Bunu Belçika Baş naziri Aleksandr De Kro deyib.

“Qərb üçün çox şey risk altındadır. Demokratiya və azadlıqlarımızın sınaqdan keçirildiyi bir il olacaq. Təkcə Avropa Parlament üçün yox, həm də ABŞ Konqresi və prezidentliyi üçün. 2024-cü il bizə yenidən “Öncə Amerika” ideologiyasını gətirsə, Avropa həmişəkindən daha çox tək qalacaq. Avropalılar olaraq bu ehtimaldan qorxmamalı, bunu qəbul etməliyik”, - Kro bildirib.

Avropa Birliyi komissiyasının rəsmisi Terri Breton Trampın 2020-ci ildə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda AB Komissiyasının sədri Ursula fon der Leyeni xəbərdar etdiyini açıqlayıb.

Breton Leyenlə görüşən ABŞ-nin sabiq prezidentindən sitat gətirib:

“Anlamalısınız ki, Avropaya hücum olarsa, biz sizə heç vaxt kömək etməyəcəyik və dəstəkləməyəcəyik”.

Eyni zamanda, Trampın görüş zamanı bunları dediyi də iddia olunur: “NATO ölüb, biz NATO-dan çıxacağıq”.

Ayrıca, Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ-nin Ukraynaya hərbi dəstəyinin dayandırılacağı da gözlənilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş