Sizin reklam burada
Sizin reklam burada

"Vaşinqton və müttəfiqlərinin bu prosesə təsir etmək imkanı var"

"Vaşinqton və müttəfiqlərinin bu prosesə təsir etmək imkanı var"
"Hazırda yeni dünya nizamı formalaşır və Vaşinqton və onun müttəfiqlərinin bu prosesə təsir etmək imkanı var".
Bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

"Həqiqətən də, hazırda bəzi yeni dünya nizamı formalaşır. İstənilən halda, dünya nizamı həmişə inkişaf edir və İkinci Dünya Müharibəsinin bitməsindən sonra da inkişaf edib”, - deyə ABŞ rəsmi bildirib.

Sallivan qeyd edib ki, Qərbin yeni dövrün necə görünəcəyinə təsir etmək imkanı var.

O, ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki böhran da daxil olmaqla, mövcud qlobal çağırışların öhdəsindən gələcəyinə əminliyini ifadə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş