Sizin reklam burada
Sizin reklam burada

“ABŞ prezidenti Co Bayden iki cümləni birləşdirə bilmir"

“ABŞ prezidenti Co Bayden iki cümləni birləşdirə bilmir"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpini çox ağıllı insanlar adlandırıb.
Bu barədə o, Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“ABŞ prezidenti Co Bayden iki cümləni birləşdirə bilmir və o, bizi nüvə silahı ilə təsəvvür edir. Putin və Si Cinpin çox ağıllı insanlardır. Ağıllı deməyimə media nifrət edir, amma sizə deyim ki, onlar çox ağıllı və çox hiyləgərdirlər”-deyə, o bildirib.

Bundan əvvəl Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu və ABŞ administrasiyasının rəhbəri postunu tutsaydı, Ukraynadakı münaqişənin qarşısını ala biləcəyini bildirmişdi.

Qeyd edək ki, respublikaçıların 49%-i Trampın ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş