Sizin reklam burada
Sizin reklam burada

"Dövlət başçısının bunu etmək hüququ yox idi"

"Dövlət başçısının bunu etmək hüququ yox idi"
Polşa polisi Varşavada prezident sarayında dövlət başçısı Anjey Dudanın müşavirlərinin təyin edilməsi mərasimi zamanı ölkənin Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski və onun müavini Maçey Vonsiki saxlayıb.
Bu barədə "Associated Press" məlumat yayıb.

Kaminski və Vonsik 2007-ci ilə aid hadisələrlə bağlı işdə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli biliniblər. 2015-ci ildə prezident Duda onlara amnistiya verib. Lakin Polşanın indiki hakimiyyət orqanları əmin edirlər ki, dövlət başçısının bunu etmək hüququ yox idi.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bütün Polşa kəşfiyyat xidmətlərinin rəhbərlərini vəzifədən azad edib. Dekabrın 13-də Tusk Polşa prezidenti Anjey Duda tərəfindən təyin edilib və o, and içərək, ölkənin baş naziri vəzifəsinin icrasına başlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş