Sizin reklam burada
Sizin reklam burada

"Hökumətinin qonşu ölkələrə sızmasını qəbul etmirəm"

"Hökumətinin qonşu ölkələrə sızmasını qəbul etmirəm"
İsrailin suveren bir dövlətdə bunu etməsini pisləyirəm. Əslində, İsrail Baş naziri Benyamin Netanyahunun ifrat sağçı hökumətinin zərbələr endirmək üçün qonşu ölkələrə sızmasını qəbul etmirəm.
Bunu fransalı siyasətçi Matilde Panot HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin Livanda öldürülməsinə münasibət bildirərkən deyib.

O, bu cür hərəkətlərin beynəlxalq hüquqa uyğun olmadığını, Livanın suveren dövlət olduğunu vurğulayıb:

“Baxın, məsələn, belçikalı hərbi cinayətkar və ya terror aktı törətdiyi iddia edilən biri Parisdə gizlənsəydi və Belçika bu şəxsi Parisdə öldürmək üçün pilotsuz təyyarələr göndərsəydi, mən sevinməzdim".

Qeyd edək ki, HƏMAS-ın Beyrutdakı ofisinə pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Aruri də daxil olmaqla, 7 nəfər həlak olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş