Sizin reklam burada
Sizin reklam burada

"Çin komandirlərə qarşı kütləvi repressiyaya başlayıb"

"Çin komandirlərə qarşı kütləvi repressiyaya başlayıb"
Pekinin Tayvanda ekspansionist ambisiyalarına şübhə yaradan geniş yayılmış korrupsiyanın aşkarlanmasından sonra Çin hərbi komandirlərə qarşı kütləvi repressiyaya başlayıb.
Bu barədə "Blumberq" Amerika kəşfiyyatının informasiyalarına istinadən məlumat yayıb.

“Sədr Si Szinpin kütləvi hərbi təmizləməyə geniş yayılmış korrupsiyanın onun ordunu modernləşdirmək səylərini sarsıtması və Çinin müharibə aparmaq qabiliyyətinə şübhə yaratmasından sonra başlayıb", - məlumatda qeyd olunub.

Bildirilib ki, korrupsiya xüsusilə Çin Raket Qüvvələrində və hərbi-sənaye kompleksinin müvafiq seqmentində geniş miqyasda olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş