Sizin reklam burada
Sizin reklam burada

"Avropa İttifaqı Ukraynaya yardım üçün ehtiyat plan hazırlayır"

"Avropa İttifaqı Ukraynaya yardım üçün ehtiyat plan hazırlayır"
Avropa İttifaqı Ukraynaya 20 milyard avro məbləğində maliyyə yardımı göstərmək üçün ehtiyat plan hazırlayır.

Bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Macarıstanın Baş naziri Viktor Orbanın dekabrın ortalarında Aİ-nin sonuncu sammitində 2024-2027-ci illər ərzində Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan icma büdcəsinə düzəlişin qarşısını almasından sonra yeni maliyyə variantlarının axtarışı tələb olunub.

Müzakirə olunan yeni sxem Aİ üzvlərinin qurumun büdcəsinə maliyyə zəmanəti verməsini nəzərdə tutur ki, bu da Avropa Komissiyasına (AK) Kiyev üçün kapital bazarlarından 20 milyard avro borc almağa imkan verəcək. Məqalədə bildirilir ki, sxem 2020-ci ildə Aİ-nin icmaya daxil olan ölkələrə pandemiya şəraitində iş yerlərini dəstəkləmək üçün 100 milyard avro ucuz kredit verdiyi vaxta bənzəyir. Maliyyələşdirmənin yekun məbləğinin Ukraynanın ehtiyaclarından asılı olacağı vurğulanır.

Bu sxemin əsas üstünlüyü ondan ibarətdir ki, o, Aİ-nin bütün üzvlərinin razılığını tələb etmir, yəni Budapeştdən yeni veto riskini aradan qaldırır. Bununla belə, “Financial Times” qeyd edib ki, Almaniya və Niderland kimi bəzi ölkələrin bu cür zəmanətlər vermək üçün parlamentin təsdiqinə ehtiyacı olacaq. Nəşr qeyd edir ki, bu planla bağlı qərar hələ fevralın 1-də keçiriləcək sammitdə verilə bilər və Brüssel ümid edir ki, vəsait 2024-cü ilin martına qədər Kiyevə çatmalıdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş