Sizin reklam burada
Sizin reklam burada

"ABŞ və Avropa Birliyi Ermənistanı Rusiyaya qarşı məcbur edir"

"ABŞ və Avropa Birliyi Ermənistanı Rusiyaya qarşı məcbur edir"
ABŞ və Avropa Birliyi Ermənistanı Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmağa məcbur edir.
Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşr iddia edir ki, Ermənistan beynəlxalq sanksiyalara qoşulsa, Rusiya tərəfindən cəzalandırılacaq:

“Qərb Ermənistanın anti-Rusiya sanksiyalarına qoşulmasında israrlıdır. Bəllidir ki, Qərb bu məsələdə öz maraqlarını güdür və Ermənistanın iqtisadi çöküşlə üzləşə biləcəyi onun üçün o qədər də maraqlı deyil.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Ermənistanın 2024-cü ildə Rusiyadan güzəştli qiymətlərlə qaz almağa davam edəcəyi məlum olub. Hazırda Ermənistan üçün Rusiya qazının qiyməti 1000 kubmetr üçün 165 dollar təşkil edir. İndi Ermənistan hakimiyyəti Rusiya qazını bahalı Azərbaycan və ya İran qazı ilə əvəzləməyə ümid edirsə, bunun üçün 3-4 dəfə çox ödəməyə hazır olmalıdır.

Ermənistan güzəştli şərtlərlə Rusiyadan qaz almağı dayandırsa, bu, birbaşa bütün sektorlara - nəqliyyata, kənd təsərrüfatına, istehsala, elektrik enerjisinin qiymətlərinə təsir edəcək. Çünki Ermənistanda elektrik enerjisinin 30-35 faizi Rusiyadan gələn qazla işləyən stansiyalarda istehsal olunur. Qiymət artımı Ermənistanın bütün iqtisadiyyatını fəlakətli şəkildə cənginə alacaq, bu da bütün məhsulların qiymətinin artmasına səbəb olacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş