Sizin reklam burada
Sizin reklam burada

"İsrailə yönələn təzyiqlər praktiki cəhətdən yanlışdır"

"İsrailə yönələn təzyiqlər praktiki cəhətdən yanlışdır"
Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir.
Bu barədə İsrailin keçmiş baş nazirit Naftali Bennet X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır.

Bennett bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında “qidalandırır”:

“Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməməsi üçün İsraili dəstəkləməlidir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş