Sizin reklam burada
Sizin reklam burada

"Husilərin fəaliyyəti gəmilərin hərəkətinə təhlükə yaradır"

"Husilərin fəaliyyəti gəmilərin hərəkətinə təhlükə yaradır"
Avropa Birliyi ölkələri Qırmızı dənizdə naviqasiya azadlığı və gəmilərin təhlükəsizliyinə nail olmaq üçün ABŞ-ın "Rifah keşikçisi" əməliyyatına qoşulmaq qərarına gəliblər.
Bu barədə AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell X şəbəkəsində yazıb.

Onun sözlərinə görə, husilərin fəaliyyəti bu ərazidə gəmilərin hərəkətinə təhlükə yaradır:

"AB Atalanta əməliyyatı vasitəsilə “Rifah keşikçisi”nə töhfə verməyə razılaşıb”.

Qeyd edək ki, dekabrın 19-da Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdə husilərdən qorunmaq üçün çoxmillətli əməliyyatın başlandığını elan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş