Sizin reklam burada
Sizin reklam burada

"Eskalasiya III Dünya müharibəsinə gətirib çıxara bilər"

"Eskalasiya III Dünya müharibəsinə gətirib çıxara bilər"
Rusiya üçün Ukrayna F-16 qırıcılarının NATO bazalarından uçması "qırmızı xətt"dir və bu, Rusiya ilə açıq toqquşmaya gətirib çıxaracaq.
Bunu Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaqa bildirib.

“Rusiya səfiri mənə vacib bir məsələ ilə bağlı məlumat verdi. Rusiya tərəfinin fikrincə, bəzi Qərb ölkələri Ukraynadakı müharibəyə birbaşa qoşulmaq niyyətindədirlər, onlar döyüşlərə qatılacaq Ukrayna F-16 qırıcıları üçün öz aerodromlarını verəcəklər. Rusiya üçün bu, "qırmızı xətt"dir və onlar xəbərdarlıq edirlər ki, əgər söhbət açıq münaqişədən gedərsə, eskalasiya III Dünya müharibəsinə gətirib çıxara bilər", - Blaqa qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş