Sizin reklam burada
Sizin reklam burada

"Rusiya-Ukrayna müharibəsi Avropa Birliyi ölkələrinə ciddi hərbi ziyan vurdu"

"Rusiya-Ukrayna müharibəsi Avropa Birliyi ölkələrinə ciddi hərbi ziyan vurdu"
ABŞ-ın “The Wall Street Journal” qəzeti müzakirələrə səbəb olan təhlil dərc edib.
Qitə dövlətlərinin ordularını analiz edən nəşr Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropa Birliyi ölkələrinə ciddi hərbi ziyan dəydiyini, ordularının zəiflədiyini, arsenallarının demək olar tükəndiyini bildirir.

Qəzet iddia edir ki, Avropanın ən böyük dövlətlərindən biri olan Britaniya Ukraynaya yardımlara görə hərbi cəhətdən zəifləyib.

WSJ-nin məlumatına görə, Avropada müdafiəyə ən çox pul xərcləyən Britaniyanın cəmi 150 tankı və onlarla uzaqmənzilli artilleriya sistemi qalıb. Mənbə həmçinin yazır ki, Britaniya ordusu Ukraynaya hədiyyə etmək üçün çoxlu sayda reaktiv yaylım atəşi sistemi almağı düşünsə də, sonradan bu ideyadan imtina edilib.

Britaniya 2022-ci ildə müdafiə xərclərinə 68.5 milyard dollar ayırmışdı.

Qəzetin araşdırdığı digər Avropa ölkəsi Fransadır. WSJ Fransanın da Ukraynaya yardımı sayəsində müdafiə sahəsində çətin günlər yaşadığını iddia edir. Avropada müdafiəyə ən çox pul xərcləyən ikinci ölkə olan Fransada 90-dan az ağır artilleriya silahı qalıb. ABŞ nəşri bu rəqəmin Rusiyanın Ukrayna ilə müharibədə hər ay itirdiyi ağır artilleriya sayına bərabər olduğunu iddia edir.

Fransa 2022-ci ildə müdafiə xərclərinə 53.6 milyard dollar ayırmışdı.

WSJ araşdırdığı başqa bir ölkədə - Danimarkada vəziyyətin daha da pisləşdiyini bildirir. Qəzet hazırda Danimarkada ağır artilleriya sistemlərinin qalmadığını yazır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş