Sizin reklam burada
Sizin reklam burada

"Danışıqlar masasında həlledici irəliləyişin olması həyati əhəmiyyət kəsb edir”

"Danışıqlar masasında həlledici irəliləyişin olması həyati əhəmiyyət kəsb edir”
Ermənistan və Azərbaycan sərhədində atışma və qurbanlarla bağlı narahatedici xəbərlər var.
Bu barədə AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün X mikrobloqunda yazıb.

“AB Bakı və İrəvanla daim əməkdaşlıq edir. Yerdə sakitlik və danışıqlar masası arxasında həlledici irəliləyişin əldə olunması həyati əhəmiyyət kəsb edir”, - o bildirib.

Qeyd edək ki, bu gün Ermənistan ordusunun iki əsgəri güllə yarası alıb. Biri bu gecə, 02:50 radələrində N saylı hərbi hissədə “naməlum şəraitdə” güllələnib və ölüm təhlükəsinin olmadığı bildirilir. Digəri isə - Arakelyan Gerasim Avetikoviç 14:35 radələrində Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsində aldığı güllə yarasından ölüb.

Ermənistan MN birinci faktla bağlı hansısa uydurma yaymasa da, gün ərzində baş verən ikinci güllələnməni ört-basdır etmək üçün Azərbaycan Ordusunu ittiham edib və guya Ordumuzun açdığı atəş nəticəsində Arakelyanın öldüyünü bildirib.

Azərbaycan MN və XİN bunu qəti şəkildə təkzib edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş