Sizin reklam burada
Sizin reklam burada

“Yuxarı Lars” keçid məntəqəsi simvoldur"

“Yuxarı Lars” keçid məntəqəsi simvoldur"
“Yuxarı Lars” keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir.
Bunu Ermənistanın “Apaven” nəqliyyat-logistika şirkətinin direktoru Qagik Ağacanyan deyib.

“Yuxarı Lars” keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz, bu, simvoldur. Bu keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir, çünki başqa yerlərdə çətin tapılan mallar Ermənistana məhz Rusiyadan gəlirdi”, - o bildirib.

Qeyd edək ki, Rusiya artıq bir həftədir Ermənistandan gedən və kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının “Yuxarı-Lars” keçid məntəqəsindən keçməsinə qadağa qoyub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş