Rusiyaya qarşı sanksiyaların tətbiqi özünü aldatmaqdır və Gürcüstanın özünə ziyan vuracaq.
Bu barədə Gürcüstanın hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlamentin deputatı Mamuka Mdinaradze deyib.
"Rusiyaya qarşı sanksiyaların tətbiqi özünü aldatmaqdır və Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməkdir. Biz Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək fikrində deyilik. Bu, Rusiyaya qarşı sanksiyalar tətbiq edilmiş kimi görünəcək, lakin əslində Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq olunacaq. Biz dəliyikmi?" - deyə o bildirib.
Mdinaradze əlavə edib ki, Rusiya idxalında Gürcüstan məhsullarının payı 0,3% təşkil edir və sanksiyaların tətbiqi Rusiyaya heç bir ziyan vurmasa da, Gürcüstan 10% iqtisadi tənəzzül yaşayacaq.
Conflict.az