Sizin reklam burada
Sizin reklam burada

"Ermənistanda vəziyyət “rusca” deyil, “ingiliscədir”

"Ermənistanda vəziyyət “rusca” deyil,  “ingiliscədir”
Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etməsi Rusiya mediasının gündəmini zəbt edib.
Bugünkü toplantı çərçivəsində rus mediası və politoloqlarının diqqəti Ermənistanın siyasi istiqamətini əsaslı şəkildə dəyişdirməsi istiqamətinə yönəlib.

Eyni zamanda, Ermənistanın Roma Statutunu ratifikasiya etdikdən sonra Putinin İrəvana gedib-getməyəcəyi də müzakirə mövzusudur.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərin Rusiya liderinin Ermənistana gedib-getməyəcəyi ilə bağlı sualına yalnız bircə sözlə cavab verib: “Haçansa”.

Uşakovun jurnalistlərin KTMT-nin Minskdə keçirilən bugünkü sammitində Ermənistanı kiminsə təmsil edib-etməməsi ilə bağlı suala verdiyi cavab isə daha maraqla qarşılanıb. Uşakov bu sualı ingiliscə “Nobody” (heç kim) deyə cavablandırıb.

Uşakovun niyə ingiliscə cavab verməsi isə müzakirə doğurub: bu, Ermənistanda vəziyyətin artıq “rusca” deyil, “ingiliscə” olduğunamı işarədir?

Conflict.az

  • Sosial şəbəkədə paylaş