Sizin reklam burada
Sizin reklam burada

"Yaşayış yerlərinizi tərk edib sığınacaqlara getməlisiniz"

"Yaşayış yerlərinizi tərk edib sığınacaqlara getməlisiniz"
İsrail ordusu ilk dəfə Qəzzanın cənub rayonlarının əhalisini dərhal evlərini tərk etməyə və sığınacaqlarda gizlənməyə çağırıb.
Bu barədə ÇAXAL-ın məlumatında deyilir.

İsrail təyyarələrindən atılan elanlarda Xan Yunisin şərq məhəllələrinin sakinlərinə müraciət olunur:

"Təhlükəsizliyiniz üçün siz dərhal yaşayış yerlərinizi tərk edib sığınacaqlara getməlisiniz".

Qeyd edək ki, İsrail müharibə başlayandan indiyədək qəzzalıları zolağın şimalından cənubuna köçməyə çağırıb. Hazırda isə əməliyyatlar cənuba yönəlir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş