Sizin reklam burada
Sizin reklam burada

"Prosessual məsələlər müzakirə olunur"

"Prosessual məsələlər müzakirə olunur"
Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələri iyulun 12-də sonuncu dəfə görüşüblər.
Bunu jurnalistlərlə söhbətində Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

Görüşlərin niyə dayandırıldığı barədə sualı cavablandıran Qriqoryan qeyd edib:

“Son iclasda qərara alındı ​​ki, prosessual məsələlər müzakirə olunur. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”.

Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağı ilə bağlı da sualı cavablandıran baş nazirin müavini dəqiq tarix deyə bilməyəcəyini söyləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş