Sizin reklam burada
Sizin reklam burada

"Vasitəçilik rolumuzu davam etdirmək niyyətindəyik”

"Vasitəçilik rolumuzu davam etdirmək niyyətindəyik”
Avropa Birliyi nazirləri Ermənistanda Azərbaycanla sərhədin gərgin olan ərazilərində “daha çox patrul həyata keçirəcək mülki missiyanın sayının artırılması” təklifini dəstəkləyiblər.
Bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell məlumat verib.

Onun sözlərinə görə, Avropa Sülh Fondunun vəsaitləri hesabına Ermənistana mümkün dəstək və Ermənistan vətəndaşları üçün “vizanın liberallaşdırılması” variantı da müzakirə olunub.

“Biz Ermənistanda sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı xüsusilə ayıq olmalıyıq – istər daxildən, istərsə də xaricdən. Azərbaycana mesajım aydın idi: Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək cəhdləri qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələr doğuracaq”, – Borrell vurğulayıb.

O, Ermənistanla Azərbaycan arasında danışıqların bərpa olunmasına çağırış edib.

“Sülh müqaviləsinin bağlanmasına ehtiyacımız var və vasitəçilik rolumuzu davam etdirmək niyyətindəyik”, – deyə Borrell bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş