Sizin reklam burada
Sizin reklam burada

"Şuranın qərarı məni təəccübləndirmədi"

"Şuranın qərarı məni təəccübləndirmədi"
Rusiyaya qaz borcumuz 700 milyon yox, 9 milyon dollardır.
Bunu Moldova Prezidenti Maya Sandu bildirib.

“Qazprom”a olan borcun audit hesabatının “Moldovaqaz”ın müşahidə şurası tərəfindən təsdiq edilməməsindən narahat olmadığını deyən Sandu bildirib ki, borcun 9 milyon dollar olduğuna dair sübutlar var:

"Şuranın qərarı məni təəccübləndirmədi. Çünki şura üzvlərinin əksəriyyəti "Qazprom"a yaxındır. Onların bunu qəbul edib-etməməsi bizi maraqlandırmır. Moldovanın borcu 700 milyon dollar deyil, 9 milyon dollardır, burada hələ suallarımız var, çünki “Qazprom” "Moldovaqaz"ın səhmdarıdır və borclara cavabdehdir".

Qeyd edək ki, sentyabrın 6-da Moldovanın energetika naziri Viktor Parlikov “Moldovaqaz”ın “Qazprom”a tarixi borcunun auditinin nəticələrini açıqlayıb və bildirib ki, borc ötən ilin mart ayının sonuna 709 milyon dollar təşkil edib. Bu məbləğ isə nə “Moldovaqaz”, nə də “Qazprom” tərəfindən sənədləşdirilib. Bununla bağlı Moldova hökuməti “Qazprom"a yalnız 8,6 milyon dollar məbləğində pul ödəməyi, qalan məbləğlə bağlı isə məhkəməyə müraciət etməyi təklif edir.

“Qazprom” bildirib ki, “Moldovaqaz”ın ona olan borcunun auditi birtərəfli qaydada aparılıb və borcun etibarlılığına təsir edə bilməz, Rusiya şirkəti Moldova tərəfinin tədarük olunan qaza görə borcla bağlı bəyanatları ilə razılaşmır və öz hüquqlarını müdafiə edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş