Sizin reklam burada
Sizin reklam burada

"Qəzza zolağında ifrat qəddarlığa biganə qalmaq mümkün deyil”

"Qəzza zolağında ifrat qəddarlığa biganə qalmaq mümkün deyil”
Türkiyə İsraillə münasibətlərin yaxşılaşmasının tərəfdarı olub.
Türkiyəli diplomatlardan biri "RİA Novosti"yə müsahibəsində son illər Türkiyə-İsrail münasibətlərinin normallaşdığını, birgə layihələrə, diplomatik əməkdaşlığa başlanıldığını bildirib.

“Türkiyə tərəfinin münasibətlərdə geri dönüş nöqtəsinə çatmaq niyyəti olmayıb və yoxdur. Amma Qəzza zolağında ifrat qəddarlığın dərəcəsinə biganə qalmaq mümkün deyil”, - deyə türk diplomat Tel-Əvivi bir daha tədbirli olmağa və danışıqlara başlamağa çağırıb.

O həmçinin vurğulayıb ki, Türkiyə prezidenti Ərdoğanın İsraili “müharibə cinayətkarı” elan etmək planları tamamilə əsaslıdır və sübutlarla təsdiqlənir. Diplomat qeyd edib ki, bütün faktlar dünya ictimaiyyətinə təqdim olunacaq.

Bundan əvvəl Türkiyənin Qəzza ilə bağlı beynəlxalq sülh konfransı keçirməyi planlaşdırdığı və bu məsələdə Yaxın Şərq dövlətlərindən dəstək aldığı bildirilirdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş