Sizin reklam burada
Sizin reklam burada

“Bu müharibə qısa olmayacaq"

“Bu müharibə qısa olmayacaq"
İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat uzun müddət davam edəcək.
Bunu ölkənin müdafiə naziri Yoav Qallant deyib.

“Bu müharibə qısa olmayacaq. Bizim səbir etməyə, böyük emosional möhkəmliyə ehtiyacımız olacaq. Ən çox da təhlükəsizlik qüvvələrinin bu möhkəmliyə ehtiyacı var. Özünüzü aldatmayın - HƏMAS məsələnin humanitar tərəfi ilə maraqlanmır, onlar zərbəni dəf etməyə çalışırlar. Zərbələr nə qədər sərt olarsa, HƏMAS-ın girovları evlərinə qaytarmaq üçün həll yollarına razılıq vermə ehtimalı bir o qədər çox olar”, - nazir bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş