Sizin reklam burada
Sizin reklam burada

"Yaxın Şərq “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təməl daşıdır"

"Yaxın Şərq “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təməl daşıdır"
Çin Yaxın Şərqdə münaqişənin genişlənməsində qətiyyən maraqlı deyil, çünki bu, onun iqtisadiyyatına ciddi ziyan vura bilər.
Bu barədə CNN məlumat yayıb.

İsrailin HƏMAS-a qarşı müharibəsi Yaxın Şərqdə sabitliyi poza biləcək daha geniş münaqişəyə çevrilmək təhlükəsi yaratdığından, Çin Təl-Əvivin addımlarını tənqid edərək atəşkəsə çağırıb. Telekanal vurğulayır ki, Pekin İsrailin hücumundan sonra HƏMAS-ı qınamayıb. Eyni zamanda, müstəqil Fələstinin yaradılması ideyasını dəstəklədiyini bildirib.

“Bu mövqe Çinin onilliklər ərzində Fələstinə verdiyi dəstəyə uyğundur, eyni zamanda bu, İsrailin HƏMAS-a qarşı qisas almaq hüququnu güclü şəkildə dəstəkləyən ABŞ-la Çin arasında kəskin fikir ayrılıqlarını vurğulayır. Bu, həmçinin Çinin nəyin bahasına olur-olsun Rusiya və Yaxın Şərqdə qorumaq istədiyi dərin iqtisadi maraqlarını ehtiva edir”, - materialda deyilir.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı enerji ehtiyacının böyük hissəsinə görə Rusiya və Yaxın Şərqdən asılıdır. Bölgə həmçinin Pekinin “Bir Kəmər, Bir Yol” layihəsinin mühüm hissəsidir.

Çin dünyanın ən böyük neft idxalçısıdır və istehlak etdiyi neftin 71 faizini xarici ölkələrdən alır. Yaxın Şərq ölkənin neft idxalının yarıdan çoxunu və ya ölkənin ümumi neft istehlakının üçdə birindən bir qədər çoxunu təşkil edir.

CNN vurğulayır ki, Yaxın Şərq “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təməl daşıdır. Fudan Universitetinin araşdırmasına görə, Çinin ərəb və Yaxın Şərq ölkələrinə investisiyası son üç ildə 100 faizdən çox artıb. Eyni dövrdə Çinin regionda tikinti layihələrində iştirakı da dəfələrlə yüksəlib.

Analitiklərin fikrincə, İsrail və HƏMAS arasındakı müharibə digər ölkələrə yayılarsa, Çinə ciddi ziyan vura bilər.

Çin və ABŞ strateji məqsəd kimi regional sabitliyin qorunması ehtiyacını bölüşürlər. Britaniyalı analitik Əhməd Əbuduh hesab edir ki, uzunmüddətli regional savaş Çini bölgədən uzaqlaşdıra bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş