Sizin reklam burada
Sizin reklam burada

"Rusiya müraciət edib ki, Vardanyanın ölkədən çıxmağına imkan verilsin"

"Rusiya müraciət edib ki, Vardanyanın ölkədən çıxmağına imkan verilsin"
Birinci Qarabağ müharibəsinin iştirakçısı, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə seçilmiş Samvel Babayan Xankəndidəki separatçılar haqda bir çox etiraflar edib.
Ermənistan İctimai Televiziyasına müsahibəsində o, separatçı-terrorçu rejim başçılarının hamısının Rusiya FSB-sinə bağlı olduğunu deyib.

O bildirib ki, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan hamısı FSB casuslarıdır:

“Keçmiş “prezidentlər” də casuslardır: Araiki çıxarıb, yerinə başqa casusu gətirdilər. Ruben Vardanyanı da Rusiya göndərib. İndi Rusiya müraciət edib ki, Ruben Vardanyanın ölkədən çıxmağına imkan verilsiun. Niyə o, əvvəllər Rusiyanın agenti olmadığını deyirdi?”

Conflict.az

  • Sosial şəbəkədə paylaş