Sizin reklam burada
Sizin reklam burada

"Qərb Ermənistanla ancaq Rusiyanı regiondan sıxışdırmaq üçün oynayır"

"Qərb Ermənistanla ancaq Rusiyanı regiondan sıxışdırmaq üçün oynayır"
“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan İrəvanda səfərdə olan Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin Ermənistanla bağlı açıqlamasına münasibət bildirib.
Kolokoltsev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı Qərb və ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün Ukraynadakı vəziyyətdən istifadə etmək istədiyini və ABŞ-ın Ermənistanın taleyi ilə bağlı narahat olmadığını deyib.

“Kolokoltsev doğru deyib ki, Qərb Ermənistanla ancaq Rusiyanı regiondan sıxışdırmaq üçün oynayır, ABŞ-ı ermənilər maraqlandırmır. Mən razıyam. Bircə bunu əlavə etmək istəyirəm ki, bugünkü Ermənistanın ermənilərə dəxli yoxdur”, - Simonyan bildirib.

Erməni baş redaktor onu da qeyd edib ki, Kim Kardaşyan, hətta NATO belə Ermənistana kömək etməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş