Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-la əlaqələri gücləndirən tarixi faktorlar sıradan çıxıb"

"ABŞ-la əlaqələri gücləndirən tarixi faktorlar sıradan çıxıb"
“Foreign Policy” nəşrinin “Amerika Yaxın Şərqinin sonu” adlı təhlilində ABŞ-ın bölgədə planlaşdırıldığı kimi təsirli ola bilmədiyi, ölkələrin öz marşrutlarını çəkdikləri bildirilir.
Nəşr Vaşinqtonun regionun dörd böyük ölkəsində etibarını itirdiyi qeyd olunur.

Analizdə Səudiyyə Ərəbistanı, İsrail, Misir və Türkiyənin öz kurslarını seçdikləri və ABŞ-ın maraqlarını gözardı etdikləri vurğulanır:

“Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə və Misir liderləri Vaşinqtonun əsas maraqlarına açıq şəkildə məhəl qoymadan öz yollarını cızırlar. Hesab edirlər ki, Rusiya, Çin, Hindistan və ya bir-biri ilə daha sıx siyasi, iqtisadi və hərbi əlaqələr (açıq və ya gizli) onlara ABŞ-a uyğun alternativlər təqdim edir. Amerikanın Yaxın Şərqdəki dörd ənənəvi sütunu indi etibar edilməyəcək qədər laxlayıb.

Vaxtilə ABŞ-la əlaqələri gücləndirən tarixi faktorlar da sıradan çıxıb. Region ölkələri üçün təhlükə yaradan Sovet İttifaqı artıq yoxdur”.
FP artıq bölgə üçün təhlükənin olmadığını yazır:

“Rusiya Prezidenti Vladimir Putin bu gün İsrail Baş naziri Benyamin Netanyahu, Şahzadə Məhəmməd bin Salman və Prezident Rəcəb Tayyib Ərdoğanla bu liderlərin Co Baydenlə münasibətindən daha isti şəxsi münasibətlərə malikdir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş