Sizin reklam burada
Sizin reklam burada

"Avropa İttifaqında Ukrayna taxılının idxalına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır"

"Avropa İttifaqında Ukrayna taxılının idxalına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır"
Ukrayna nümayəndələri Polşanı Ukrayna taxılının tranzitinə qəsdən maneələr yaratmaqda ittiham ediblər.
Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Ukrayna İxracının Koordinasiya Platformasının iclasında iştirak edən avropalı diplomat deyib: “Ukrayna tərəfinin qeyri-adi emosional davranışı səbəbindən çox gərgin vəziyyət yaranıb".

Bildirilib ki, görüş zamanı Ukrayna nümayəndələri Polşa tərəfini sərhəd keçid məntəqələrində gözləmə vaxtını uzatmaq üçün qəsdən baytarlıq nəzarəti tətbiq etməkdə ittiham ediblər. Qeyd olunur ki, Varşava birbaşa olaraq Ukraynadan taxılın tranzitinə qəsdən maneələr yaratmaqda ittiham olunur.

Bir gün əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva bəyan etmişdi ki, Ukrayna öz kənd təsərrüfatı məhsullarının tədarükü ilə polşalı fermerlərə zərər vermək niyyətində deyil. Onun sözlərinə görə, Avropa İttifaqında Ukrayna taxılının idxalına qoyulan məhdudiyyətlər aradan qaldırılmalı və Polşa bu qərara diqqət yetirməlidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş