Sizin reklam burada
Sizin reklam burada

"Erməni rəsmilərinin bu terminlərdən istifadə etməsi yəhudi xalqının iztirablarını alçaldır"

"Erməni rəsmilərinin bu terminlərdən istifadə etməsi yəhudi xalqının iztirablarını alçaldır"
Avropa qitəsindəki yəhudi icmalarına xidmət edən ravvinlər Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Prezidenti Vahaqn Xaçaturyana etiraz məktubu ünvanlayıb.
Ravvinlər məktubda Ermənistan rəsmilərinin beynəlxalq mediaya verdiyi müsahibələrdə yəhudi xalqının soyqırımına aid "holokost" terminindən istifadə etmələrindən narahatlıq ifadə olunub.
Məktubda bildirilir ki, yəhudi xalqı İkinci Dünya Müharibəsi zamanı bütün Avropada qırğınlara və dəhşətli işgəncələrə məruz qalıb. Ravvinlər qeyd edib ki, erməni rəsmilərinin bu terminlərdən istifadə etməsi soyqırım qurbanlarının və bütövlükdə yəhudi xalqının yaşadıqları dəhşətli iztirabları alçaldır.
Ravvinlər erməni rəsmilərinin bu terminlərdən istifadə etməsinin dərhal və tamamilə dayandırılmasını tələb edib.
Bundan başqa, məktubda Ermənistan hökumətinin dünyada yeganə yəhudi ölkəsi olan İsraili məhv etməyə açıq çağırış edən İran İslam Respublikasındakı hakimiyyət orqanları ilə əməkdaşlığından böyük məyusluq ifadə edilib.
Məktubu Avropanın bir çox ölkəsində yaşayan yəhudi icmasının ravvinləri imzalayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş