Sizin reklam burada
Sizin reklam burada

"Çinə Tayvanı da təmsil etmək hüququ verilib"

"Çinə Tayvanı da təmsil etmək hüququ verilib"
Tayvan adasının Birləşmiş Millətlər Təşkilatında öz təmsilçiliyi üçün heç bir hüquqi əsası yoxdur.

Bunu çərşənbə axşamı keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mao Nin deyib.

“BMT-nin Baş Assambleyasının 2758 saylı qətnaməsi qəbul edildikdən sonra siyasi, hüquqi və prosessual baxımdan Çin Xalq Respublikasına Tayvan adası da daxil olmaqla, bütün Çini təmsil etmək hüququ verilib. Bu o deməkdir ki, Çindən olan nümayəndəyə BMT-də yalnız bir yer verilə bilər. Beləliklə, BMT-də həm iki Çindən, həm də Çin və Tayvandan iki nümayəndənin olması üçün heç bir əsas yoxdur”, - deyə ÇXR XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Daha əvvəl Tayvanın xarici siyasət idarəsi müttəfiqlərindən onun BMT-yə daxil olması məsələsini gələn həftə açılışı olacaq Baş Assambleyada qaldırmağı xahiş edib. Departament rəhbərinin müavini Tian Cunquanın sözlərinə görə, Taybey də həmçinin müttəfiqlərdən BMT-nin baş katibi Antonio Quterreşə müvafiq müraciətlə mesaj göndərməyi xahiş edib.

Onun sözlərinə görə, BMT BA-nın 2758 saylı qətnaməsində Tayvanın adı çəkilmir və ÇXR hakimiyyətinə BMT strukturunda adanın 23 milyon əhalisini təmsil etmək səlahiyyəti verilmir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş