Sizin reklam burada
Sizin reklam burada

"Bu adam Moskvanı tərifləyir"

"Bu adam Moskvanı tərifləyir"
"Slovakiya Rusiyanın yeni müttəfiqi ola bilər".
Bunu "Guardian"ın köşə yazarı Con Kempfner bildirib.

O, belə bir ssenarinin Slovakiyada sentyabrda keçiriləcək parlament seçkilərindən sonra baş verə biləcəyin açıqlayıb.

Rəy sorğularına görə, qarşıdan gələn seçkilər Robert Fikonun qayıdışı demək olacaq.

"Bu adam Moskvanı tərifləyir, həm də Viktor Orbanı təqlid edir. İnanıram ki, tezliklə Avropa İttifaqı və Şimali Atlantika Alyansı daxilində yeni problem yaradan şəxs peyda ola bilər", - Kempfner bildirib.

Onun sözlərinə görə, Fico səsvermədə qalib gələrsə, hazırda Zelenski rejimini dəstəkləyən Slovakiyanın siyasətində 180 dərəcə dönüş təhlükəsi yaranacaq.

"Çox güman ki, Fiko seçkilərdə qalib gəlsə, o zaman Bratislava Moskvanı dəstəkləyəcək", - Kempfner vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş