Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-ın hərbi varlığı bitəcək"

"ABŞ-ın hərbi varlığı bitəcək"
Suriya xarici işlər naziri Feysəl Mikdad Türkiyə və ABŞ-ın Suriyadakı hərbi varlığının gec-tez bitəcəyini bildirib.
Suriyalı nazir Türkiyə normallaşmanın şərtlərə bağlı olduğunu söyləyib.

“Türkiyə bilir ki, iki ölkə arasında münasibətləri bərpa etməyin yeganə yolu Suriya ərazisindən çəkilməkdir. Bu, gec-tez baş verəcək”, - Mikdad bildirib.

ABŞ-a gəlincə, onun sözlərinə görə, Vaşinqton separatçı-terror təşkilatlarına dəstək verərək Suriyanı talan edir.

Bəşər Əsəd rejimi Türkiyənin bu ölkədəki hərbi mövcudluğunun normallaşmaya “yeganə maneə” olduğunu iddia edirlər. Türkiyə isə Suriyanın şimalındakı terror təşkilatlarına görə bölgəni tərk etməyəcəyini bildirir. İki ölkə arasında vasitəçi rolunu oynayan Rusiya Adana razılaşmasına qayıtmağı təklif edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş