Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-ın siyasəti dünyanı nüvə fəlakətinə doğru aparır"

"ABŞ-ın siyasəti dünyanı nüvə fəlakətinə doğru aparır"
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri, kiçik Robert Kennedi Ukrayna münaqişəsində NATO-nun bütün üzvlərinin iştirak etdiyini etiraf edib.
O, “GB News”-a müsahibəsində qeyd edib ki, Ukrayna münaqişəsi ABŞ-ın siyasi oyunlarında alver predmetidir.

Eyni zamanda, siyasətçi etiraf edib ki, NATO Rusiya ilə birbaşa toqquşmaya gedərsə, dağılacaq, çünki alyansın bütün üzvləri buna hazır deyil. O, misal olaraq Yunanıstanı göstərib.

“Heç kim Rusiyaya qarşı durmaq istəmir” deyən Kennedi əlavə edib ki, ABŞ-ın mübahisəli siyasəti dünyanı nüvə fəlakətinə doğru aparır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş