Sizin reklam burada
Sizin reklam burada

"Bu İran-Ermənistan sərhədini həmişəlik kəsəcək"

"Bu İran-Ermənistan sərhədini həmişəlik kəsəcək"
Əgər Zənzəgur dəhlizi reallığa çevrilsə, Azərbaycan Naxçıvana Ermənistanın Zəngəzur vilayətindən, heç bir erməni nəzarət-buraxılış məntəqəsindən keçmədən sərbəst çıxış əldə edəcək. Bu İran-Ermənistan sərhədini həmişəlik kəsəcək.
Bu barədə İranın “Jamaran” nəşrində bildirilib.
Məqalədə Naxçıvan Azərbaycanın “Axilles dabanı” kimi göstərilir. Naxçıvan vasitəsilə Türkiyə ilə əlaqələrin Azərbaycan üçün önəmi vurğulanır.
“Bu gün İran 15 ölkə ilə qonşudur. Əgər Azərbaycandan Naxçıvana keçid açılsa, o zaman İranın geosiyasəti, eləcə də Qafqaz regionunda milli maraqları əsaslı dəyişikliklərin qurbanına çevriləcək və İranın Ermənistan vasitəsilə Avropaya quru yolla çıxışı həmişəlik bağlanacaq”, – deyə məqalədə vurğulanır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş