Sizin reklam burada
Sizin reklam burada

“Dünyanın əsl Avropaya ehtiyacı var"

“Dünyanın əsl Avropaya ehtiyacı var"
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Avropa Birliyini (AB) Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh diplomatiyasını inkişaf etdirməyə çağırıb.
Papa Fransisk AB-nin münaqişələrin həlli istiqamətində səylərini artırmasının vacibliyini vurğulayıb.
“Dünyanın əsl Avropaya ehtiyacı var. Avropa Aralıq dənizi, Afrika və Yaxın Şərqdə körpü rolunu oynamalı və barışdırıcı funksiya yerinə yetirməlidir. Münaqişələrin həlli və gərginliyin azaldılması üçün dinc diplomatiya qurulmalıdır. Əgər siz dünyaya Ukraynadakı müharibəni və bu qədər qan tökülməsinə səbəb olan çoxsaylı münaqişələri dayandırmaq üçün sülh vasitələri təklif etmirsinizsə, hara doğru yol almaq istəyirsiniz? Silahlanmaya deyil, insan kapitalına sərmayə qoymaq lazımdır”, - Papa qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş