Sizin reklam burada
Sizin reklam burada

"Əsas şərt ilkin humanitar mahiyyətin bərpasıdır”

"Əsas şərt ilkin humanitar mahiyyətin bərpasıdır”
Rusiya onun şərtləri yerinə yetirilən kimi dərhal taxıl sazişinə qayıdacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.
“Rusiyanın sazişə qayıtması üçün əsas şərt onun ilkin humanitar mahiyyətinin bərpasıdır” - dövlət başçısı bildirib.
O, bu müqavilələr üzrə Rusiya qarşısında öhdəlikləri xatırladıb: “Əgər əvvəllər razılaşdığımız bütün şərtlər yerinə yetirilərsə - mən onları indi icad etmirəm - biz dərhal bu sövdələşməyə qayıdacağıq”.
Prezident birinci şərt kimi Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükünü sanksiyalardan çıxarmağı qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş